axin.az

SON DƏQİQƏ

BDU-nun müəllimi "Əmək" ordeni alandan bir gün sonra həyatının şokunu yaşadı

26-11-2019, 11:17

BDU-nun müəllimi "Əmək" ordeni alandan bir gün sonra həyatının şokunu yaşadı

Bakı Dövlət Universitetinin (BDU) Sosiologiya kafedrasının müəllimi, fəlsəfə elmləri namizədi, 78 yaşlı Fazil Vahidov avtobusdan yıxılaraq ağır xəsarət alıb.

Axin.az "Report"a istinadla xəbər verir ki, hadisə Yasamal rayonunda, Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb.

Belə ki, F.Vahidov 39 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusa minmək istəyən zaman sürücü qəfildən avtobusu idarə etməyə başlayıb. Bu zaman F.Vahidov yıxılaraq ağır xəsarətlər alıb. O, özəl xəstəxanalardan birinə yerləşdirilib və əməliyyat olunub.

Qeyd edək ki, F.Vahidov 1941-ci ildə anadan olub. 1970-ci ildən BDU-da çalışır. O, fəlsəfə elmləri namizədi və 1974-cü ildən BDU-nun dosentidir. F.Vahidov 1992-2006-cı illərdə BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin dekanı vəzifəsində çalışıb.

2007-ci ildə "İlin müəllimi" fəxri adına layiq görülüb.

Prezident İlham Əliyevin 2019-cu ilin noyabrın 25-də imzaladığı sərəncamla F.Vahidov 3-cü dərəcəli "Əmək" ordeni ilə təltif edilib.

BDU-nun müəllimi "Əmək" ordeni alandan bir gün sonra həyatının şokunu yaşadı


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
DÜNYA