axin.az

SON DƏQİQƏ

Yəqin nazir bu məsələyə seyrçi qalmaz... - Müraciət...

15-10-2020, 17:33

Yəqin nazir bu məsələyə seyrçi qalmaz... - Müraciət...Sentyabrın 27-də başlanan Vətən müharibəsində qazanılan uğurlar xalqımızın illərdir həsrətlə gözlədiyi böyük qələbə gününün müjdəçisidir. Bu gün bütün xalqımız bir yumruq kimi Ali Baş komandanın ətrafında birləşərək öz müzəffər ordusuna dəstək nümayiş etdirir. Hamı bir amal,bir məqsəd uğrunda birləşib-torpaqlarımız düşmən tapdağından azad olunmalıdır! Siyasi mənsubiyyətindən,sosial vəziyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı böyük qələbəmiz üçün nəsə etmək istəyir, bu zəfərdə öz payının olmasını arzulayır. Bütün çəkişmələr bir kənara qoyulub, milli vəhdət, hərbi-vətənpərvərlik ən yüksək səviyyəyə çatıb.

Media mənsubu olaraq bu şərəfli günlərdə üzərimizə düşən məsuliyyəti dərindən dərk edirik. Cəmiyyəti doğru-düzgün informasiya ilə təmin etmək, eləcə də müharibə dövrünün qanunlarına əməl olunmasına, düşmən təxribatlarına yol verilməməsinə çalışmaq bizim əsas vəzifəmizdir. Unutmayaq ki,azğın düşmən həm də informasiya müharibəsi aparır və bu sahədə kifayət ədər rıçaqlara malikdir.

Müharibənin ilk günlərindən Ali Baş Komandanın bütün əmrlərinə uyğun olaraq öz fəaliyyətimizi hərbi qanunlara uyğunlaşdırmış, yalnız rəsmi və təsdiq olunmuş informasiyaları yayımlamışıq.

Vətənpərvərlik ruhunda yazılarla böyük qələbəmizdə az da olsa payımız olsun istəmişik. Bu gün kiminləsə şəxsi iddia, çəkişmə aparmaq məqsədimiz yoxdur. Azərbaycan əsgəri cəbhədə zəfər dastanı yazarkən bizim burada xırda çəkişmələrlə uğraşmağımız ən azından gülüncdür. Lakin...

İyul ayında saytımızda 20 saylı məktəb-liseyin direktoru Esmira Ağayeva barəsində məqalə dərc olunub. Yazıda direktorun fəaliyyəti ilə bağlı tənqidi fikirlər səsləndirilib. Qarşı tərəf səsləndirilən tənqidlərin aradan qaldırılmasına çalışmaqdansa bizi məhkəməyə verərək şərəf və ləyaqətinin təhqir olunması iddiası ilə şikayət edib. Hətta bu da az imiş Yasamal rayon məhkəməsinə barəmizdə xüsusi ittihamla cinayət işi qaldırılması ilə bağlı müraciət etmişdir. Yasamal rayon məhkəməsinin hakimi Günel Əkbərlinin sədrliyi ilə işə baxılmış xüsusi ittiham rədd edilmişdir.

Demokratik cəmiyyətdə yaşayırıq və ən yüksək ranqlı məmurlar barəsində belə tənqidlər səsləndirilir. Cənab Prezident dəfələrlə jurnalistləri özünün ən yaxın dostu adlandıraraq bir çox məlumatları məhz onlardan aldığını bildirib. Biz də əlimizdə olan məlumatları ictimailəşdirməklə medianın təməl prinsiplərinə əməl etmişik.

Cənab nazir! Hesab edirik ki, barəsində tənqidi yazılar dərc etdiyimiz müavininiz M.Vəliyeva məhkəmələrdə ona qarşı qaldırılmış mülk iddialarının və nazir ola bilməmək acığını, yaxın qohumu E.Ağayevanın vasitəsilə bizdən çıxartmaq istəyir. Elə bu baxımdan məsələni xüsusi diqqətinizə götürməyinizi xahiş edirik. Pandemiyanın tüğyan etdiyi bu günlərdə məktəbdə tədris prosesini doğru-düzgün təşkil etmək əvəzinə E.Ağayeva gününü məhkəmələrdə keçirir. Əgər nəzərə alsaq ki, məktəbə təyin olunduğu vaxtdan az vaxt keçməsinə baxmayaraq böyük kontingenti olan məktəbin müəllim və valideynləri hətta texniki işçilər belə narazılıqlar yaradır. 20 saylı məktəb-liseydə hal-hazırda hökm sürən acınacaqlı durumla bağlı kifayət qədər məlumatımız olsa da yuxarıda sadaladığımız səbəblərdən susuruq. Azərbaycan əsgərinin qələbə xəbərlərinin yanında E.Ağayevanın yarıtmaz fəaliyyəti ilə bağlı hər hansı tənqidi yazının yayımlanmasını istəmirik. Elə xanım direktora da məsləhət görürük ki, diqqətini daha çox rəhbərlik etdiyi məktəbə yönəltsin. Bir də unutmasın ki, bu günlərdə bizim hamımızın şərəf və ləyaqəti səngərlərdə qorunur, məhkəmə salonlarında yox!
Nicat Mahmudov
Rubrika.Az


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
DÜNYA