axin.az

SON DƏQİQƏ

Cəlilabadda məktəb direktoru şöbə müdirini ifşa etdi

4-09-2020, 09:08

Cəlilabadda məktəb direktoru şöbə müdirini ifşa etdiCəlilabad təhsilində daha bir qalmaqal yaşanıb.

Bu barədə məlumatı dosye.org-a oxucularımız tərəfindən ünvanlanıb. Daxil olan məlumatlara görə, rayonun Privolnoye kənd 1 nömürəli tam orta məktəbin direktoru Musa Məmmədov ən yaxın qohumunun adından istifadə edir. Berlə ki, məktəb direktoru M. Məmmədov bibisini (etik qaydaları nəzərə alıb adını qeyd etmirik) məktəbin xadiməsi kimi işlə təmin edib. Lakin həmən şəxsin ölkədə yaşamadığı məlum olur. Yaxınlarının bildirdiyinə görə, həmən şəxs Rusiyada yaşayır.

Görünür, Cəlilabad RTŞ müdiri Qərənfil Əhmədova təhsil sahəsini bazar formada idarə edir. Xatırladaq ki, ötən yazılarımızda rayon təhsilində yaşanan problemlərlə bağlı məlumatlar vermişdik. Bir daha nəzərinizə çatdıraq ki, sözügedən rayon təhsili olduqca iflic vəziyyətdədir. Direktorlara təklif olunur ki, ayın sonu hansı bir nəfər kimi hamı Qərənfil xanımı görməlidir. Amma qarşı tərəf bizi şantajda ittiham edir. Əgər doğrudanda yazdıqlarımız şər, böhtandırsa nə üçün rəhbər şəxs açıqlama vermir?

Necə olur ki, ölkədə olmayan vətəndaşın adından dövlət vəsaiti oğurlanır? Məgər TŞ-nin müdiri Qərənfil Əhmədova qeyd edilən cinayətlərdən məlumatsızdır? Əlbətdə ki, bütün neqativ hadisələrdən məlumatlıdır. Sadəcə məqsəd şəxsi mənafeyini güdmək və dövlət başçısı cənab İlham Əliyevin min bir əziyyət hesabına formalaşdığı büdcəni talamağdır. Bir daha nəzərinizə çatdıraq ki, araşdırmalar aparılacağı təqdirdə dövlətə küllü miqdarda ziyan vurulduğunun şahidi olacayıq. Adı hallanan şəxslərə havadarlıq edənlər isə, biri Təhsil Nazirliyinin İRŞ nin müdiri Eşqi Bağırov, digəri isə Təhsil Nazirliyində zona üzrə kurator Əhliyyət Adıgözəlovdur.Mövzüya yenidən qayıdacayıq. Bizi izləyin…

DOSYE.ORG


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
DÜNYA