“Ənənəvi təhsildən danışanda heç də əvvəlki ənənəvi təhsilə qayıtmağı düşünmürük”.
APA-nın məlumatına görə, bunu Təhsil İnstitutunun direktor əvəzi Anar Nağıyev deyib. Obub sözlərinə görə, nəzərə alınmalıdır ki, qlobal şəkildə pandemiya şəraitindəyik:
“Bu vəziyyət hansısa kəndin pandemiyadan sığortalı olduğuna gətirib çıxarmır. Bütün hallarda təklifimiz ondan ibarətdir ki, vəziyyətdən asılı olaraq hibrid təhsil sisteminin, yəni distantla ənənəvi təhsil sisteminin qarışıq növlərinə yanaşaq”.