axin.az

SON DƏQİQƏ

Məktəblərdə dərslər sentyabrdan başlayacaq? - AÇIQLAMA

7-07-2020, 17:21

Məktəblərdə dərslər sentyabrdan başlayacaq? - AÇIQLAMAÖtən həftə Türkiyə Təhsil Nazirliyinin Orta məktəblər üzrə şöbəsinin baş direktoru Cengiz Mete bildirdi ki,Türkiyədə 2020/2021 tədris ili avqustun 31-dən başlayacaq.

Hazırda ölkədə xüsusi karantin rejimi tətbiq olunur. Epidemioloji vəziyyət heç də ürək açan deyil. Bu da yeni tədris ilinin sentyabrda başlanması məsələsini sual altında qoyur.

Metbuat.az-a müsahibəsində bu barədə danışan təhsil eksperti Elçin Əfəndi bildirdi ki, hazır ki, yoluxma səviyyəsini nəzərə alaraq deyə bilərik ki, sentyabrda dərslərin başlanması ehtimal olunmur.

"İyunun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Microsoft şirkətin vitse-prezidenti Filip Roq ilə video konfrans ilə müzakirələrdə Azərbaycanda distant formada təhsilin inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparmışdı.Prezident İlham Əliyev çıxışında vurğulamışdı ki, pandemiya ilə bağlı vəziyyətin necə olacağını bilinmədiyi üçün məktəb və universitetləri nə vaxt açacağımız tarix də bəlli deyil.Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, sentyabrda məktəblərin başlanmasını gözləmirəm."

Qeyd edək ki, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) şöbə müdiri Vasif Əliyev təhsil müəssisələrində tədrisin bərpası ilə bağlı sualı cavablandırarkən bildirmişdi ki, mövcud vəziyyətlə bağlı qərarlar hər an dəyişdirilə bilər.

“Bunların ikisi bir-birinin əksi olsa da, mövcud vəziyyətə uyğun verilib. Məqsədimiz insan təmasını minimuma endirmək, eləcə də mövcud vəziyyətdən təhsilə, iqtisadiyyata minimum zərərlə çıxmaqdır. Amma sentyabra 3 ay qalıb. Önümüzdəki günlərdə yoluxanların sayı necə olacaq, vəziyyətdən necə çıxacağıq, hələ ki bunu bilmirik. Ola bilər bu müddət uzadılsın, ola da bilər vəziyyət tam kontrola alındıqdan sonra ümumiyyətlə karantin ləğv olunsun. Ona görə də indidən təhsil müəssisələrilə bağlı konkret fikir yoxdur. Sadəcə gözləməliyik. Əgər bunu istəyiriksə, hər birimiz karantin qaydalarına ciddi əməl etməliyik”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
DÜNYA