axin.az

SON DƏQİQƏ

Valideynlər və müəllimlər nazir müavininə inansınlar, yoxsa hökumətin sözçüsünə?

19-05-2020, 14:19

Valideynlər və müəllimlər nazir müavininə inansınlar, yoxsa hökumətin sözçüsünə?“Fərdi tədris və repetitor xidmətlərində “1 şagird-1 müəllim” prinsipinə əməl edilməlidir”.

Nazirlər Kabineti yanında Operativ Qərargahın bu il aprelin 24-də verdiyi qərara əsasən, fərdi tədris və repetitor xidmətləri (qrup halında məşğələlər istisna olmaqla) 27 aprel tarixindən etibarən, bərpa olunan fəaliyyət sahələrinə daxil edilib.

Operativ Qərargahda keçirilən brifinq zamanı səhiyyə nazirinin müavini Viktor Qasımov bu mövzuda ona ünvanlanan suala “10 nəfərdən artıq olmamaqla, qrup dərsləri keçirilə bilər”, – deyə cavab verib.

Daha sonra Operativ Qərargahın mayın 1-də keçirilən birifinqində çıxış edən Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, fərdi tədris və repetitor xidmətləri qrup halında deyil, bir müəllim-bir şagird prinsipi ilə həyata keçirilməlidir. Bu iki fərqli yanaşma müəllimlər və şagirdlər arasında ciddi anlaşılmazlıq yaradıb.

Bu sahədə yaranan vəziyyətlə bağlı Yenicag.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, karantin rejimi dövründə tədrislə əlaqədar təzadlı fikirlərin səsləndirilməsi və qərarlardakı dəyişikliklər şagirdlərin hazırlığına mənfi təsir göstərir:

“Ölkənin müxtəlif bölgələrində, o cümlədən də Bakıda bir sıra özəl təhsil müəssisələri və repetitorlar tədricən qrup şəklində hazırlıqlara başladılar. Gəncədə iki özəl təhsil müəssisəsinin, Bakıda isə bir neçə müəllimin məlum qərara riayət etmədiyi aşkarlandı.

Onlar əsas olaraq, Viktor Qasımovun fikrinə istinad edirdilər. Bütün bunları nəzərə alaraq, baş nazir Əli Əsədov mayın 16-da imzaladığı 178 nömrəli qərarla bu mövzuya aid suallara aydınlıq gətirdi.

Həmin qərarın 1.9. bəndinə əsasən, qrup halında fərdi tədris və repetitor xidmətlərinin (o cümlədən, bu sahədə evlərdə xidmət) dayandırılması qəbul olundu”.

Elçin Əfəndi qeyd edib ki, qərarlarda olan ziddiyyətli məqamlar bu 20 gün ərzində istər müəllimlərin, istər şagirdlərin, istərsə də valideynlərin psixologiyasına mənfi təsir edib:

“Əsas çaşqınlıq icazələr və qrup dərslərinin olub-olmamasının yaratdığı qeyri-müəyyənliklə bağlıdır. Məlum vəziyyətin bu il imtahan verəcək abituriyentlərə neqativ təsiri fonunda onların tədris keyfiyyət göstəriciləri ötən illə müqayisədə aşağı düşəcək.

Verilmiş son qərar təsdiq etdi ki, bir müəllim eyni vaxtda yalnız bir şagirdə fənn üzrə dərsi tədris edə bilər. Dərsdə 1-dən artıq şagirdin iştirakı artıq qrup hazırlığı sayılır və qərara əsasən, qadağandır”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA