axin.az

SON DƏQİQƏ

DİM qəbul imtahanına salınmayacaq mövzularla bağlı açıqlama yaydı

15-05-2020, 19:27

DİM qəbul imtahanına salınmayacaq mövzularla bağlı açıqlama yaydıAli təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üçün qəbul imtahanı proqramlarından çıxarılan mövzular da yaxın günlərdə Dövlət İmtahan Mərkəzinin (DİM) rəsmi səhifəsinə yerləşdiriləcək.

"Axin.az" xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Məlumat üçün bildirək ki, koronavirus pandemiyası səbəbindən bu ilin mart-iyun aylarında respublikanın ümumtəhsil müəssisə­lərində qüvvədə olan tədris proqramlarına əsasən tədrisi nəzərdə tutulan mövzular tədris olunmadığı üçün buraxılış imtahanı proqramlarından çıxarılıb.

IX sinif ingilis dili, alman dili, fransız dili və ərəb dili fənləri üzrə mövzular qeyd edilən dövrədək tədris olunduğundan bu fənlər üzrə ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı proqramlarından heç bir mövzu çıxarılmayıb.

XI sinif ingilis dili, alman dili, rus dili (xarici dil) və русский язык (tədris dili) fənləri üzrə mövzular qeyd edilən dövrədək tədris olunduğundan bu fənlər üzrə ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı proqramlarından heç bir mövzu çıxarılmayıb.

Qeyd edək ki, ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu mayın 12-dən iyunun 5-dək internet vasitəsilə aparılır. I-IV ixtisas qrupları üzrə qəbul imtahanı iki mərhələdə keçirilir. Qəbul imtahanlarının 20 iyul tarixindən sonra 1 dəfə keçirilməsi nəzərdə tutulur.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA