axin.az

SON DƏQİQƏ

Pekində orta məktəblər və uşaq bağçaları açılır

14-05-2020, 11:51

Pekində orta məktəblər və uşaq bağçaları açılırPekində koronavirus (COVID - 19) infeksiyasına görə bağlanan orta təhsil müəssisələrində və uşaq bağçalarında tədris iyun ayından başlayaraq tədricən başlayacaq.

“Axin.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Pekinin təhsil komitəsinin rəsmisi Li İ deyib.

Belə ki, iyunun 6-dan etibarən, epidemioloji vəziyyət nəzərə alınaraq, abituriyentlər istəsələr təhsillərini davam etdirə bilərlər.

İyunun 1-dən ibtidai və orta sinif şagirdlərinin bəziləri üçün, digərləri üçün isə 8 iyun tarixlərində dərslər başlayacaq.

Bundan əlavə, 8 iyun tarixindən etibarən uşaq bağçaları tədricən açılmağa başlayacaq. Valideynlər övladlarını dərsə göndərib-göndərməməyi ilə bağlı özləri qərar verəcəklər.

Xatırladaq ki, Çindəki qış tətilindən sonra tədrislər fevralın 16-da başlamalı idi. Lakin COVID-19 epidemiyası səbəbindən bütün təhsil müəssisələrində dərslər dayandırılmışdı.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA