axin.az

SON DƏQİQƏ

Qəbul imtahanına koronavirusla bağlı suallar salınacaq? - DİM sədri açıqladı

7-05-2020, 21:30

Qəbul imtahanına koronavirusla bağlı suallar salınacaq? - DİM sədri açıqladıDövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə imtahanlarda biologiya fənnindən koronavirusla bağlı sualların salınması məsələsinə münasibət bildirib.

Axin.az-ın məlumatına görə, o, jurnalistlərə açıqlamasında bildirib ki, yuxarı siniflərdə hər zaman viruslarla bağlı dərslər keçirilib:

“COVID-19 virusların yeni növüdür. IX sinif dərsliyində “İnsan özünü virusdan necə qoruya bilər?” sualı var. Koronavirusdan qorunma ilə bağlı sual yazılsa, burada nə qəbahət olar?”

“Bu tip mövzular imtahana salınır, amma hansı sualların düşməsi barədə məlumatım yoxdur.

Bunlar məndən asılı deyil. Amma belə mövzular var”, - deyə sədr qeyd edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA