axin.az

SON DƏQİQƏ

Müəllimlərin güzəştli ipoteka kreditindən istifadə etmək hüququ haqqında qaydalar dəyişdi

7-05-2020, 20:30

Müəllimlərin güzəştli ipoteka kreditindən istifadə etmək hüququ haqqında qaydalar dəyişdiAzərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda edilmiş müvafiq dəyişikliyə əsasən, gənc ailənin üzvü olan və azı üç il ümumi təhsil müəssisəsində müəllim işləyən, eləcə də gənc ailə kateqoriyasına daxil olmayan və 15 il dövlət ümumi təhsil müəssisəsində işləyən şəxslərə güzəştli ipoteka almaq hüququ verilir.

Bu barədə Axin.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, əvvəlki qaydalara əsasən, gənc ailənin üzvü olan və ən azı beş il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxslərə güzəştli ipoteka kreditindən istifadə etmək hüququ verilmişdi.

Güzəştli ipoteka hüququnun şamil olunduğu dövlət qulluqçuları, hərbi qulluqçular, daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxslər, elmi vəzifədə işləyən elmi işçilər üçün əmək stajı tələbi üç il göstərilsə də, müəllimlərə dair bu tələb beş il müəyyən edilmişdi.

Bundan əlavə, Qayda ancaq ümumtəhsil məktəbində işləyən şəxsləri əhatə edirdi. Digər ümumi təhsil müəssisələri, o cümlədən lisey, gimnaziya, ümumtəhsil internat məktəbləri, xüsusi məktəblər, internat məktəblərində və s. çalışan müəllimlər güzəştli ipoteka kreditlərindən yararlana bilmirdilər.

Qaydada həmçinin gənc ailə kateqoriyasına daxil olmayan müəllimlərə güzəştli ipoteka kreditinin verilməsi də nəzərdə tutulmamışdı.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA