axin.az

SON DƏQİQƏ

Fərdi tədris və repetitor xidmətlərinin fəaliyyəti belə olmalıdır - TƏLİMAT

2-05-2020, 18:01

Fərdi tədris və repetitor xidmətlərinin fəaliyyəti belə olmalıdır - TƏLİMATFərdi tədris və repetitor xidmətləri ilə bağlı təlimat qaydaları hazırlanıb.

“Axin.az” xəbər verir ki, qaydalarda onlayn tədris prosesinə üstünlük verilməsi qeyd olunub.

Bildirilir ki, fərdi tədris və repetitor xidmətləri zamanı tədris prosesi yaxşı havalandırılan otaqda keçirilməlidir. Tədris vaxtı tibbi maskadan istifadə etmək məcburidir. Tədris vaxtı sosial məsafənin qorunmağı zəruridir (bir metrdən az olmamaq şərti ilə).

Dərs vəsaitləri ortaq istifadə edilməməli, şəxsi gigiyena qaydalarına ciddi riayət olunmalı, hər qrup arasında minimum 15 dəqiqə fasilə olmalıdır və fasilə zamanı otaq havalandırılmalıdır.

Həmçinin kitab, qəzet və dəftərxana mallarının satış qaydaları da təsdiqlənib. Belə ki, onlayn satışlara üstünlük verilməlidir. Kitabxana və bu tipli müəssisələrin oxu zalları istifadəyə verilməməli, bu tip müəssisələrdə kontaminasiyanın qarşısının alınması məqsədi ilə əhalinin özünə xidməti məhdudlaşdırılmalıdır.

Əhaliyə xidmət göstərən personal fərdi qoruyucu vasitələr ilə təmin olunmalı, müəssisəyə fərdi qoruyucu vasitələri ilə daxil olunmalıdır. Çıxışlarda əlcək və maskaların utilizasiyası üçün xüsusi konteynerlər yerləşdirilməlidir. İşlənmiş fərdi qoruyucu vasitələrin atılması tibbi tullantıların utilizasiyası qaydasına uyğun icra edilməlidir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA