axin.az

SON DƏQİQƏ

Repetitorlar bu məsələyə diqqət etməlidir - VİDEO

27-04-2020, 15:47

Repetitorlar bu məsələyə diqqət etməlidir - VİDEOXüsusi karantin rejiminin yumşaldılmasının birinci mərhələsində repetitor və hazırlıq kurslarının fəaliyyətinin bərpa edilməsinə icazə verilib. Qaydalara əsasən, dərslərdə 10 nəfərdən artıq şagird olmamalıdır. Mütəxəssislər bu sayın da çox olduğunu düşünürlər.

Mövzu ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında maraqlı süjet yayımlanıb.

Qeyd olunur ki, hazırlıq kurslarının fəaliyət göstərdiyi məkan, repetitorun dərs dediyi otağın sahəsi kimi məqamlar nəzərə alınmalıdır. Havalandırma sistemi qaydasında olmayan, darısqal məkanda uşaqların toplanması problemlərə gətirib çıxara bilər.

Tibb işçiləri bildirirlər ki, bu məsələyə məsuliyyətsiz yanaşılarsa, yoluxmanın ikinci dalğası baş verə bilər. Ona görə də, bütün təcrid qaydalarına əməl etmək vacibdir.

Qeyd edək ki, Nazirlər Kabineti yanında operativ qərargahın bir neçə gün öncə keçirdiyi mətbuat konfransında Səhiyyə nazirinin müavini Viktor Qasımov həmçinin “Yumşaldılma tədbirləri çərçivəsində məktəblərdə tədrisin bərpası məsələsinə də baxılacağını” bildirmişdi.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA