axin.az

SON DƏQİQƏ

Rektorluq niyə karantin rejiminə təcavüzlə məşğuldur? - "ADAUTV"-də DƏRS ŞOUSU!

27-04-2020, 15:03

Rektorluq niyə karantin rejiminə təcavüzlə məşğuldur? - "ADAUTV"-də DƏRS ŞOUSU!Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) xüsusi karantin rejiminin tələblərinin kobud şəkildə pozulması halları müşahidə olunur. Tədris ocağının rəhbərliyi və pedoqoji heyət Nazirlər Kabinetinin və Təhsil Nazirliyinin verdiyi qəti qərarlara və koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində görülən zəruri profilaktik tədbirlərə itaətsizlik edir.
"Demokratik.Az"-ın əldə etdiyi məlumata görə, mart ayının 16-dan tələbələrinə "online tədris"ə başlayan universitetlərdən biri də ADAU-dur. Lakin, universitet rəhbərliyi tədris mühitində yaranmış fasilədən zəruri çıxış yolunu tətbiq edərkən virtual tələbə-müəllim təmasını, günün tələbini düzgün qurmayıb. Çünki, biriləri özünü və sahib olduğu "TV"-sini reklam etmək həvəsilə digər universitetlərin faydalı tətbiqinə, TN-in təlimatlarına meydan oxuyur. Digər tərəfdən və ən önəmlisi isə, əlindəki belə cılız kommunikasiya mexanizmi ilə gözbağlayıcı spekulyasiya etməyə məcbur qalır.
Hazırki durum ölkənin yeganə aqrar təhsil ocağında tədris mühitinin nasazlığını, olduqca zəif elmi kadr potensialını, infirmasiya-kommunikasiya texnologiyalarının tətbiqinə zərrə qədər hazır olmayan akademik heyətin tədris prosesində dayanıqlı və operativlik bacarıqsızlıqları da tam şəkildə üzə çıxır. Rektorun indiki məqama olan davranışları (süni əmrilə yalnız bir ələ - ADAU-TV-yə cəmləmək) illərdir tədris mühitinə boğucu və bacarıqsız yanaşmasını təlqin edir.
Beləliklə, "ADAUTV"-nin "onlayn dərslər" layihəsinə diqqətlə nəzər saldıqda görürük ki, özünəməxsus məsafəli fənn tədrisi müəllimlərin izolyasiyası olmadan həyata keçirilməkdədir. Bunun üçün isə heç bir rəsmi icazə almayan pedoqoji heyət rektor İbrahim Cəfərovun diqtəsilə universitetin Mühəndislik korpusunda yerləşən "ADAU TV" studiyasına getməyə, oradan dərs deməyə məcbur edilirlər. Nəticədə, bir aydan artıqdır, ADAU ailəsi üçün də məcburi olan xüsusi karantin rejimi ədalı və qorxmaz birinin ayaqları altına atılır. Adi rektorun öz qərarı Nazirlər Kabinetinin qərarından və ölkə başçısının iradəsindən üstün xarakter alır.
ADAU-nun İbrahim Cəfərov sayaq onlayn dərsləri, karantin müddətində tələbələrə bilik ötürmək bəhanəsi professor-müəllim heyətinə xüsusi karantin rejimini zorlamaq öhdəliyi qoyur. Bu da təbii ki, qanunvericiliklə qəbuledilməzdir və özünü sosial şəbəkələrdə durmadan öyən, fb-dəki səsvermələrlə "çempionlaşdıran" plagiat bir akademikin təhsil ocağındakı idarəçiliyinin növbəti rəzalətidir.
Nazirlər Kabineti Yanında Operativ Qərərgahın qadağasına uymayan, yaşı 65-dən artıq müəllimlərin də "ADAU.TV"-də dərs keçməyə məcbur edən rektor İbrahim Cəfərov üçün sanki bir cəzasızlıq mühiti yaradılıb və xüsusi imtiyazlar tanınıb.
Xüsusi risk qrupuna aid "Evdəqal!" qayğı-qadağası olan Adil Ramazanovun, Məmməd Cəfərovun, Mirnaib Mirsalahovun, Sədi İsmayılovun, Zaur Hümbətovun, Rafiq Allahverdiyevin və digərlərinin mühazirə məqsədilə evlərindən çağırılaraq kameralar qarşısına gətirilmələri isə sözügedən özbaşınalığın aşırı həddini göstərir.
Əslində, "ADAU.TV"-də yayımlanan dərsləri incələdikdə o da aydın olur ki, karantin şərtlərini pozmaqla ərsəyə gətirilən müvəqqəti "distant təhsil metodu" nəinki universitet tələbələrinin işinə yaramaqla marağına səbəb olmur, youtube və facebook sosial şəbəkə platformalarında yetərincə baxılmır. Tələbələr üçün fənlərin və kursların təsnifatı da əksər halda tələbə-müəllim arasında mübahisələr doğurur.
Dərs proseslərində seyirci rəyləri diqqət çəkir, əsasən müəllimlər bir-birinə uğur diləyir, layk və gülüş qeydlərilə məqsəd bayağılaşır. Bir-birlərini onlayn tamaşada təbrik edən müəllimlərin nəyi və niyə təbrik etmələri başa düşülmür, tələbələrin isə demək olar ki, virtual tərsdə iştirak etməməsi baxış sayı və kütləvi paylaşım məcburiliyində sezilir. Bir sözlə, belə çıxır ki, dərslər müəllimlərin və rektorun özünün bir-birini tərifləməsi üçün təşkil edilir və onsuz da zəif olan dərslərin elmi tutumu şəxsi münasibətlərlə daha da azaldılır.
Ortada xüsusi bir məqam da var ki, ADAU-nun onlayn dərslərində iştirakdan qaçan, rektorun sözünü eşitməyən keçmiş sovet təhsilli ləng professorlar, dosentlər də var. Onların bir çoxundan rektorun özü söz deməyə çəkinirsə, əksəriyyətinin də sağlam mühazirə söyləməyə belə "IQ" səviyyələri yol vermir. Keçirilən dərslərin innovativ keyfiyyəti, fənlər və kurslar üzrə illik tədris proqramlarındakı qarmaqarışıqlıq, universitetdəki qeyri-sağlam pedoqoji mühit əslində ayrıca tənqidin müzakirə mövzusu ola bilər. Və bu arqumenti ona görə səsləndirirəm ki, ADAU-nun başbilənləri neqativləri açıq-aydın söyləməyə cəsarət tapsınlar, məlum elmi potensialın köhnələrdə qaldığını, innovativ yanaşma tərzinin və kadrların cavanlaşdırma mexanizmlərinin axsadıldığını gizlətməyə cəhd etməsinlər.
Beləliklə, ADAU-nun özünün yaydığı rəsmi məlumatlarda görünür ki, ötən il küllü miqdarda maddi vəsait hesabına yaradılan "ADAU TV" vasitəsilə artıq 150-dən çox onlayn dərs yayımlanıb. Nəzərə alınsa ki, həmin dərslərin hazırlanmasında "xüsusi karantin rejimi" pozulub, deməli ADAU rektoru azı 150 dəfə xüsusi karantin rejiminin pozulmasını təmin etdiyi üçün ciddi cəzalandırılmalıdır. Necə ki, bir neçə gün öncə ölkə başçısının xüsusi sərəncamı əsasında İsmayıllı rayonunun gənc icra başçısı Nahid Bağırova töhmət elan edilib.
ADAU rektorunun isə adıçəkilən gənc icra başçısından artıq yanı yoxdur və əksinə, rektor "xüsusi karantin rejimi"ni başçıdan daha kobud qaydalarla pozub.
Xatırladaq ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi koronavirusla mübarizə şəraitindən irəli gələn yeniliklərin tətbiqi üçün ali tədris müəssisələrinə öz tövsiyyə və tapşırıqlarını əsirgəmir. Hazırda bütün universitetlər distant təhsilin tətbiqi üçün bütün infrastruktur imkanlarını və kadr potensialını səfərbər etməklə, cari ilin 16 mart tarixindən etibarən dərslərin online (“ZOOM” platforması vasitəsilə) və offline (Youtube kanalı üzərindən təqdim olunan “Videodərslər” vasitəsilə) rejimdə təşkilini həyata keçirir. Təhsil Nazirliyinin birbaşa dəstəyi ilə universitetlərdə dərslərin “Microsoft Teams” platforması üzərindən də keçirilməsinə başlanıb. Sırf məsafədən təhsil təyinatı ilə yaradılan və daha çox funksional imkanlar təklif edən “Microsoft Teams” platforması tədris prosesinin daha sistemli şəkildə təşkili, idarə edilməsi və monitorinqi üçün şərait yaradır.
İndividual olaraq müəllimlərin tələbələrlə təmas qurması, evdən-evə onlayn bilik ötürülməsi təcrübəsi də hazırki mərhələdə önəmli rol oynayır. Təəssüf ki, bu kimi real imkanlara adaptasiyadan əziyyət çəkən, əvəzində rektor İbrahim Cəfərovun şəxsi təlimatı ilə karantin rejimini pozaraq universitetin "TV" salonunda dərs deməyə məhkum olan ADAU-muz da var.
Karantin müddətində tətbiq edilən distant təhsil texnologiyaları bütünlükdə “evlər – evlər” konseptini aktuallaşdırmış oldu. Distant tədris prosesinin bütün iştirakçıları “virtuallaşmış” oldu. Tələbəni bu virtual prosesə həvəslə cəlb edə bilməyən, müəllimini isə evindən zorla bayıra atan özbaşına ADAU-dan başqa...
Osman Nərimanoğlu
Demokratik.Az


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA