axin.az

SON DƏQİQƏ

Fransada məktəblilərin tibbi maska taxması məcburi ola bilər

26-04-2020, 21:52

Fransada məktəblilərin tibbi maska taxması məcburi ola bilərFransa Elmi Şurası, may ayının 11-dən ölkədə koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlər yumşaldıqdan sonra məktəblilərə tibbi maskaların məcburi taxılmasını tövsiyə edib.

“Axin.az” xəbər verir ki, bu barədə Fransanın Səhiyyə Nazirliyi məlumat yayıb.

“Elmi Şura hesab edir ki, orta məktəb və lisey şagirdlərinin təhsil alarkən qoruyucu maska taxması məcburi olmalıdır. Nahar zamanı tibbi maska geyinə bilməyən şagirdlər sosial məsafəni gözləməlidirlər. İbtidai sinif şagirdlərinin qaydaya əməl etməsinə nəzarəti valideynlər həyata keçirməlidir” - deyə, məlumatda qeyd olunub.

Bundan əvvəl Fransanın baş naziri Eduard Filipp ictimai nəqliyyatdan istifadə edən şəxslərin qoruyucu maskalardan istifadəsinin məcburi olması ilə bağlı təklif irəli sürmüşdü.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA