axin.az

SON DƏQİQƏ

Xarici dildə təhsil alan şagirdlər üçün imtahan müddəti artırıldı - QƏRAR

17-02-2020, 23:27

Xarici dildə təhsil alan şagirdlər üçün imtahan müddəti artırıldı - QƏRARNazirlər Kabineti “Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları”nda dəyişiklik edib.

Bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Nazirlər Kabineti dəyişikliyi Dövlət İmtahan Mərkəzinin təklifinə əsasən qərara alıb.

Qərarda qeyd olunub ki, Azərbaycan dili istisna olmaqla, tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) fənnindən ayrıca imtahan verirlər.

İmtahanda şagirdlərə Azərbaycan dili (dövlət dili kimi) fənnindən 30 tapşırıq təqdim edilir. Şagirdlərin toplaya biləcəyi maksimal bal 100 baldır. Bu vaxtadək imtahanın davametmə müddəti 45 dəqiqə idi.

Qərarla imtahanın davametmə müddəti 45 dəqiqədən 1 saat 30 dəqiqəyədək artırılıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA