axin.az

SON DƏQİQƏ

Nazir: "Universitetlərdə yeni elmi istiqamətlər üzrə tədqiqatlara başlanılıb"

13-02-2020, 17:13

Nazir: "Universitetlərdə yeni elmi istiqamətlər üzrə tədqiqatlara başlanılıb""Son illər ali təhsil müəssisələrində qlobal çağırışlara adekvat olaraq innovativ elmi strategiyaların həyata keçirilməsi istiqamətində təşəbbüslər artırılıb".

"Axin.az" xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov "Sabahın alimləri” IX respublika müsabiqəsinin bağlanış mərasimində çıxışı zamanı deyib.

Nazir bildirib ki, yeni elmi istiqamətlər üzrə tədqiqatlara başlanılıb.

C.Bayramov qeyd edib ki, elmi-innovativ təşəbbüslərin ön plana çəkilməsi, gənclərin elmi fəaliyyətə istiqamətləndirilməsi elmin və təhsilin qarşısında duran əsas prioritetlərdən biridir: "Bu çağırışlara uyğun olaraq, Təhsil Nazirliyi bir sıra uğurlu təşəbbüslər həyata keçirib".

O vurğulayıb ki, bu günə olan məlumata əsasən, “Web of Science” elmi bazasında 2019-cu ildə Azərbaycan üzrə 1581 elmi tədqiqat işi qeydə alınıb ki, onların da təxminən 53 faizi ali təhsil müəssisələrinin payına düşür".

Nazirin sözlərinə görə, sayca doqquzuncu dəfə keçirilən “Sabahın alimləri” müsabiqəsi ölkədə həyata keçirilən uğurlu təhsil strategiyasının tərkib hissəsi kimi gənclərin innovativ və yaradıcı fəaliyyətinin təşviqi baxımından xüsusi əhəmiyyət daşıyır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 
DÜNYA