"Leyli və Məcnun" serialının yayımı dayandırılan aktyor Elməddin Cəfərov yeni layihə ilə qayıdır.
Axin.az xəbər verir ki, o, bu dəfə "Ailəmiz" serialı ilə tamaşaçıların qarşısına çıxacaq.
Ekran işində "Bacanaqlar"ın aktyorları - Xalq artistləri Firəngiz Mütəllimova, Fatma Mahmudova, aktrisa Sevinc Əliyeva və başqaları yer alacaqlar. Serial yaxın günlərdə ATV-də yayımlanacaq.
Qeyd edək ki, "Leyli və Məcnun" serialı sosial şəbəkədə də tənqid edilmiş, tamaşaçılar tərəfindən bəyənilməmişdi. Ekran işinin reytinq toplamadığı üçün yayımdan qaldırıldığı iddia olunub.