Əməkdar artist Aybəniz Haşımova qızı Aynişan Quliyevanın toy tarixini açıqlayıb.
Axin.az xəbər verir ki, qız toyu fevralın 1-də olacaq. Şəhər restoranlarından birində baş tutacaq məclisə şou-biznes nümayəndələri dəvətlidirlər.
A.Haşımova bildirib ki, toyu mediaya qapalı edəcək. O, toyda çəkiliş edilməsinə icazə verməyəcəyini söyləyib. Fevralın 8-də isə Aynişanın oğlan toyu gerçəkləşəcək.
Qeyd edək ki, Aynişan fitnes müəllimi Kənanla nişanlanıb.