Aparıcı Lalə Azərtaş bundan sonra hər gün efirə çıxmayacaq.
Axin.az xəbər verir ki, bu haqda o, özü məlumat yazıb. İzləyicilərinin efirdə olmaması ilə bağlı suallara cavab verən Lalə dəyişiklik edildiyini bildirib:
"Neçə vaxtdı hardasınız" yazırsınız. Yeni il tətilindəydim. İndi isə efirdə. Sadəcə, bundan sonra həftənin 3-4-5-ci günləri qarşınızda olacam. Digər günlər isə həmkarlarım. "ATV Xəbər"i hər zaman izləyin".