axin.az

SON DƏQİQƏ

Əməkdar artistdən Xalq artisti adına layiq görülən Miri Yusifə ismarıc: Ona “sənətkar” deyə bilmərəm

6-12-2019, 14:54

Əməkdar artistdən Xalq artisti adına layiq görülən Miri Yusifə ismarıc: Ona “sənətkar” deyə bilmərəm

Bu məsələ ilə bağlı fikrimi almaq üçün bir çox insanlar mənə zəng edib. Tünzalə Ağayeva Azərbaycanın güclü səslərindən biridir. Mən bunu ürəklə deyirəm. Röya Ayxan ürəkdir, ürək.

Bu sözləri Əməkdar artist Firuzə İbadova tədbirlərin birində Oxu.Az-ın əməkdaşı ilə söhbətində deyib. O, gənc müğənnilərin fəxri ad alması ilə bağlı məsələsini özünəməxsus şəkildə şərh etdi:

“Şərt deyil sənin səsin üç “oktava” olsun, əsas ürəkdir. Təpədən-dırnağa qədər ürəkdir. Bunu isə danmaq olmaz, günahdır. Paxıllıq etmək lazım deyil. Axı niyə bəzi müğənnilər onlara paxıllıq edirlər? Azərbaycanın vətəndaşları öz balalarımızdırlar. Röya körpə yaşlarından mənim gözümün önündə böyüyüb. Röyanın atası Yaqub bəyin də gözəl səsi olub. Bir tərəfi Gəncəli, bir tərəfi isə Qarabaqlıdır. Onların “Xalq artisti” fəxri adına layiq görüldüklərinə çox sevindim”.

“Bu fikirləri Xalq artisti adına layiq görülən Miri Yusifə də aid edə bilərik” sualını vermişdik ki, əməkdar artist fikirlərini bu cür tamamladı:

“Əgər Miri Yusif də Röya və Tünzalə kimi fəxri ada laiq görülübsə, halal xoşu olsun. Ona mən “sənətkar” deyə bilmərəm. Çünki mən Şövkət Ələkbərova görmüşəm, “Mahnı Teatr”ı ilə dünyanın 50 ölkəsini gəzmişəm. Mən yalandan durub “Ürəyim Miri Yusif üçün gedir” deyə bilmərəm. Miri Yusif də bizimkidir qoy alsın!”.

Redaksiyamızın əməkdaşının “Üçlüyün uğuruna bəzi sənətçilər heç sevinmədi” cümləsini Firuzə İbadova bu cür davam etdirdi:

“Zamanı gələr onlar da düzələr. Onların illərlə gördükləri öz zəhmətləri yadlarına düşür, bəlkə də ona görə bir az narahat olurlar. Çox dəyərli ifaçılarımız var ki, hələ heç bir fəxri ada layiq görülməyiblər. Elə biri Akif İslamzadədir. O uzun müddətdir ki, oxumur. Amma səsi artıq tarixə həkk olunub. Onun simasında bir çox sənətçilər var ki fəxri adsızdırlar. Elə bu səbəbdən ola bilər ki, umu-küsülükləri olsun”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
DÜNYA