axin.az

SON DƏQİQƏ

Afaq Bəşirqızı deputat olmaq istəyirmi? - AÇIQLAMA

2-12-2019, 12:34

Afaq Bəşirqızı deputat olmaq istəyirmi? - AÇIQLAMA

Xalq artisti Afaq Bəşirqızı sosial şəbəkədə millət vəkili olması ilə bağlı başlanılan kampaniya və yayılan məlumatlara münasibət bildirib.

Axin.az-a danışan Xalq artisti belə bir təklifin onun üçün süpriz olduğunu bildirib:

“Belə bir təklifin olması özüm üçün də süpriz oldu. Hamıya minnətdarlığımı bildirirəm. Amma hələlik bu barədə fikirləşmirəm. Hazırda yeni layihələrim var. Başım onlara qarışıqdır”.
“Sənət dostlarından kimlərsə bununla bağlı sizinlə əlaqə saxlayıb?” sualına gəlincə, Afaq Bəşirqızı qeyd edib:

“Xeyr. Çünki buna vaxtım yoxdur. Bütün günü yeni layihə ilə bağlı axşam saat 23:00-a kimi çalışıram. İnanın ki, hər gün evə yorğun gəlirəm”.

Qeyd edək ki, sosial şəbəkələrdə sənətçilərin bir çoxu Afaq Bəşirqızının şəklini yayaraq, onun deputat olmasını istəmələri ilə bağlı paylaşımlar edib. Hətta bununla bağlı sosial şəbəkələrdə kampaniyalar belə başladılıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
DÜNYA