LGBT-ni dəstəklədiyi üçün 1 milyon dollar cərimə olunan dünya şöhrətli müğənni Madonna 62 yaşını səs-küylü şəkildə qeyd edib.
Axin.az xəbər verir ki, sənətçinin özəl gününü 23 yaşlı qızı Lurdes, 26 yaşlı sevgilisi Axlamalik Uilyams və yaxın dostları ilə birlikdə Yamaykada keçirib.
Tədbirdən görüntüləri "Yamaykaya xoş gəlmişiniz" qeydi ilə sosial şəbəkədə paylaşan Madonna marixuana dolu olan boşqabdakı fotosuna görə tənqid olunub. İzləyicilər onu narkotik maddədən istifadəsinə və təbliğini görə qınayıblar.