Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Elman Zeynalov ata olub.
Axin.az xəbər verir ki, koreyalı model Marqarita Soyla ailəli olan sənətçinin qızı dünyaya gəlib. Sevincini İnstaqram izləyiciləri ilə bölüşən Elman övladına hələ ad fikirləşmədiklərini söyləyib.
Qeyd edək ki, cütlük 2019-cu ilin dekabrında evlənib. marqarita Moskvada yaşayır və gözəllik salonu işlədir. Eyni zamanda model kimi fəaliyyət göstərir.
Sumqayıtda doğulan və ailəsi ilə Rusiyaya köçüb orada yaşayan Elman "Новая Фабрика звезд" layihəsi ilə məşhurlaşıb.