axin.az

SON DƏQİQƏ

İki bacı Röyaya görə düşmən oldu

21-05-2020, 13:50

İki bacı Röyaya görə düşmən olduBir müddət öncə Xalq artisti Röya Ayxanla müğənni Natavan Həbibi arasında gedən imic qalmaqalına Səidə Sultan da qoşulmuşdu.

Axin.az big.az-a istinadən xəbər verir ki, Səidə Sultanın Natavan Həbibini dəstəkləməsi onunla bacısı Pərvanə arasında soyuq münasibətin yaranmasına səbəb olub. Belə ki, Pərvanə bacısını hətta İnstaqram hesabından da silib. İddilara görə, Pərvanənin həyat yoldaşı, aparıcı Nəsib Nurun R.Ayxanla dostluq etməsi və Səidə Sultanın Röyaya qarşı çıxması onların münasibətlərini pozub.

Xatırladaq ki, Səidə İnstaqramında köhnə fotosessiyasından bir görüntü yayımlamışdı. O, paylaşımına “Röyanın İnstaqramda xəbər səhifələrindən sildirdiyi şəkili istədim öz səhifəmdə paylaşım. Sizcə, düz eləmişəm? Şərhi sizə buraxıram. Bu şəkli mən 2019-cu il 17 iyunda çəkdirmişəm. Ünvanlıdır. Niyə inciyirsiniz ki? Fakt göz önündədir” sözlərini yazmışdı.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA