axin.az

SON DƏQİQƏ

Evinə çəkiliş üçün gələnləri spirtləyib sonra içəri buraxdı - Video

20-05-2020, 17:06

Evinə çəkiliş üçün gələnləri spirtləyib sonra içəri buraxdı - Video
Xalq artisti Məleykə Əsədova ATV-də yayımlanan "Ulduzlu yayım" proqramını evində qonaq edib.
Axin.az xəbər verir ki, aktrisa evinə gələn çəkiliş qrupunu əvvəlcə həyətdə saxlayıb. O, aparıcı Günay Firudinqızını və operatoru spirtlədikdən sonra evə buraxıb.

"Əvvəlcə spirtlənmək lazımdır. Karantin vaxtıdır, olmaz. Küçədən gəlirsiz, kameraya, başqa yerlərə əl vurursunuz. Qayda-qanuna mütləq əməl edilməlidir. Bu, özümüzə, yaxınlarımıza lazımdır. Yaxınlarımızı qorumalıyıq" deyə, əsədova bildirib.

Həmin görüntüləri Günay İnstaqram səhifəsində yayımlayaraq "Siz də gələn qonağı spirtləyirsiniz? Yoxsa evinizə gələn yoxdur? Karantin hamını bir-birinə həsrət qoydu" sözlərini yazıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA