axin.az

SON DƏQİQƏ

Öldüyü iddia edilən Zeynəb Xanlarovanın qardaşı qızı: “Şərəfsizlikdir”

19-05-2020, 11:28

Öldüyü iddia edilən Zeynəb Xanlarovanın qardaşı qızı: “Şərəfsizlikdir”Sosial şəbəkələrdə Xalq artisti Zeynəb Xanlarovanın vəfat etməsi ilə bağlı məlumatlar yayılıb. Onun xəstəlikdən dünyasını dəyişdiyi iddia olunub.

Yayılan təzadlı məlumatla bağlı Axin.az-ın əməkdaşı Z.Xanlarovanın qardaşı qızı, Əməkdar artist Mehriban Xanlarova ilə əlaqə saxlayıb.

O, Xalq artistinin dünyasını dəyişməsi ilə bağlı yayılan məlumatların dezinformasiya olduğunu bildirib:
“Zeynəb Xanlarova sağdır, salamatdır. Hazırda Bakıdadır. Özünü də əla hiss edir. Belə yalan məlumatı yayanın Allah cəzasını verəcək. Bunu yayanlar Xanlarova nəslini və soyadını “həzm edə” bilmirlər. Kiminsə ölüm xəbərini yaymaqla nə qazanırlar? Yoxsa boynundan medal asırlar? Şərəfsizliyin son damlasıdır! Ayıb olsun!

İnanın, səhərə kimi gözümə yuxu getməyib. İnsanlara da redaksiyanız vasitəsilə bildirirəm ki, hər yayılan xəbərlərə inanmasınlar”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA