axin.az

SON DƏQİQƏ

"Təkəbbürlüyü məni yorur" - Yenə küsüblərmiş

18-05-2020, 18:00

"Təkəbbürlüyü məni yorur" - Yenə küsüblərmiş
"Niyamdan uzaqlaşmışam. Arada insanlardan qaçmağa üstünlük verirəm. Oktyabrın 31-də konsert oldu, noyabrın 1-dən ondan qaçdım. Təkəbbürlüyü, "mənəm-mənəm" deməyi yordu məni. Verilişlərə baxsanız, görərsiniz ki, neçə dəfə "mən-mən" deyir. O kəlmələr məni bezdirdi. Dostlarımı sevirəm, Niyamı çox istəyirəm".
Axin.az xəbər verir ki, bu sözləri müğənni Kərim Abbasov "Ay Zaur" proqramında deyib. O, həmkarı Niyam Salami ilə yenidən küsdüklərini etiraf edib. Kərim bildirib ki, ötən ilin noyabrından Niyamla görüşmür.

Sənətçi aparıcı Zaur Kamalın "Rəhim Rəhimli ilə aranızda nə olub" sualına belə cavab verib:

"Onun adını çəkməyin. İnsan çıxır efirdə sənə ağzına gələni deyir. Deyir ki, Kərim efirə çıxa bilər və ağzının danışığını bilməyə bilər. Yeganə insan olub ki, var kimi yox olub mənə. Bir-birimizin evinə gedib-gəlmişik. Ona qalmaqal lazım idi, bilirdi ki, Kərimə söz atsa, sərt cavab verəcək. Söz atdı və çəkilib kənarda dayandı".


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA