axin.az

SON DƏQİQƏ

Röyanın fotosunu bəyənmədi, Fatimənin şəklini görüb studiyadan getdi - Video

16-05-2020, 11:06

Röyanın fotosunu bəyənmədi, Fatimənin şəklini görüb studiyadan getdi - Video
Müğənni Xatun Əliyeva "7 canlı" verilişində qonaq olub.

Axşam.az xəbər verir ki, proqramda sənətçilərin plastik əməliyyatdan əvvəlki və indiki fotoları nümayiş edilib. Xatun isə onları indiki halları ilə müqayisə edərək, fikirlər bildirib.

X.Əliyeva reper Elşad Xosenin şəklini gördükdə “Kimdir bu? Tanımadım” söyləyib.

Xalq artisti Röya Ayxanın plastik əməliyyatının uğurlu olduğunu deyən sənətçi sonuncu fotosessiyasından da danışıb:

“Ramazanda təqdim etdiyi üçün fotosessiyasını bəyənmədim. Düzdür, onu maraqlandırmır kim bəyənib, kim yox. Edib, canı sağ olsun”.

Xatun küsülü olduğu rəqqasə Fatimə Fətəliyevanın fotosunu görəndə isə su içmək bəhanəsi ilə studiyanı tərk edib.

O, həmkarı Xatirə İslamın əməliyyatlarının uğurlu olduğunu bildirib:

“Gözəldir. Amma son günlər əməliyyatsız efirdə yaxşı görünmür. Sən buxağını harada, kimə yığdırdın? Səndə nə boyda buxaq var idi, məndə getmir”.

X.Əliyeva Xalq artisti Brilliant Dadaşovanın gözəl xanım olduğunu dilə gətirib:

“Baxımlıdır, məncə estetik də etdirməyib. Çox özünü sevir, tərifli xanımdır. Biz indi pandemiyaya görə məsafə saxlayırıq. Brilliant xanım isə o vaxtdan şou-biznes ilə pandemiyadadır, yaxın qoymur, saymır. Yaşa dolduqca anladım ki, düz edir”.

Xatun Sevil və Sevinc Səfərova bacılarını görəndə isə mikrafonu kənara qoyaraq “Mən danışmıram, kim istəyirsə danışsın” sözlərini deyib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA