axin.az

SON DƏQİQƏ

“Deyirdik ki, pul belə bizi yan-yana gətirməz...”

12-05-2020, 16:19

“Deyirdik ki, pul belə bizi yan-yana gətirməz...”“Bu gün də Aygün Kazımovanın yanında qazandığım təcrübədən istifadə edirəm”.

Axin.az xəbər verir ki, bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu Samir Bayramlının aparıcısı olduğu “Söhbətsiz” proqramında deyib.

O, Xalq artisti Aygün Kazımova ilə illər sonra eyni səhnədə çıxış etməsindən danışıb:

“O, ulduzluqdan əlavə həm də yaxşı prodüserdir. Bəzən bir səhnədə çıxış edirik. Əvvəlcə “Heç bir pul bizi yan-yana gətirməz” deyirdik, ancaq bunlar arxada qalıb. Münasibətimiz “salam-sağ ol” səviyyəsindədir. Aramızda bir neçə dəfə problem olub. Bir dəfə Emin Musəvi xahiş edib, ona görə eyni səhnəyə çıxmağa razılaşdıq. Bu yaxınlarda da bir prodüser danışmışdı, bizim adımızdan beh götürmüşdü. Xahiş etdi ki, məni pis vəziyyətdə qoymayın. Bu, həyata keçdi. Münasibətlərimiz soyuq olanda da səhnəyə rahat çıxırıq. Ünsiyyətimiz normaldır”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA