axin.az

SON DƏQİQƏ

“Eurovision” şərhçimiz Murad olacaq

12-05-2020, 11:59

“Eurovision” şərhçimiz Murad olacaqİ̇ctimai Televiziya və Radio Yayımları Şirkəti “Eurovision: Europe Shine A Light” mahnı şousunda şərhçisinin adını açıqlayıb.

Axin.az-a İTV-dən bildirilib ki, “Eurovision: Europe Shine A Light” adı altında mayın 16-da Bakı vaxtı ilə saat 23:00-da canlı yayımlanacaq mahnı şousunun şərhçisi müğənni-bəstəkar Murad Arif olacaq. Şou iki saat davam edəcək.

Onlayn keçiriləcək musiqi şousuna təmsilçimiz Samirə Əfəndi “Kleopatra” mahnısı ilə Azərbaycandan qoşulacaq. Aparıcıları Şantal Yanzen, Edsiliya Rombli və Yan Smit olacaq musiqi şousunda 2020-ci il üçün iştirakçı ölkələrin nümayəndələri, eləcə də, ötənilki müsabiqənin qalibləri və ulduzları iştirak edəcəklər.

Xatırladaq ki, pandemiya səbəbilə ləğv edilmiş “Eurovision 2020” mahnı müsabiqəsi Niderlandın Rotterdam şəhərində keçirilməli idi.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA