axin.az

SON DƏQİQƏ

"Elə bil pul cibimi deşir" - Ağadadaş Ağayev

11-05-2020, 17:24

"Elə bil pul cibimi deşir" - Ağadadaş Ağayev"Maddi dünyaya sarılmağı sevmirəm. Dünya malından özümü təcrid etmişəm. Çox pulum olanda tez dağıtmaq istəyirəm. Elə bil pul cibimi deşəcək".
Axin.az xəbər verir ki, bu sözləri Xalq artisti Ağadadaş Ağayev "Ay Zaur" verilişində deyib. Müğənni bədxərc olmasından bəhs edib:

"Bir ərəfə hər gün toya gedib, çox yaxşı pul qazandım. Pulun üstünə pul qoyurdum, maraq yarandı. Başladım pul yığmağa. Amma sonra ayıldım, başladım onu xərcləməyə.

Sənətdə mənim qədər şanslı ifaçı olmayıb. Elə məşhur oldum ki... Bunu özüm də gözləmirdim. Allahın bir payı olub mənə. Gərək həm pulu, həm şöhrəti daşıyasan, həm də xalqın sevimlisi olasan.

Normal həyat yaşamamışam. 27-28 il özümü dünyanın bütün nemətindən məhrum etmişəm. Ansamblım oturub kabab yeyirdi, mən soyutma toyuq. Deyirdim, yesəm, oxuya bilmərəm".

Övladlarından söz açan A.Ağayev şəxsi həyatından bəhs edib:

"Beş övladım var: dörd oğul, bir qız. Oğullarımdan biri subaydı. Hamısı vəzifə sahibidir. Tövbə etmişəm ki, onların ailə qurmasına qarışmayacam. Hamısının öz seçimidir. Uğurlusu da, uğursuzu da oldu. Yalnız birinin ailə həyatı yolunda getmir. Bütün insanlara arzulayıram ki, Allah bir evlilik nəsib etsin.

Bizim duyğularımızla evləndiyimiz qadının duyğuları fərqlidirsə, o, ailə davam edə bilməz. İstedadlı adamlar kaprizli olur. Hər kəs onun nazıyla oynamalıdır".


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA