axin.az

SON DƏQİQƏ

Onlar da barışdı - Video

8-05-2020, 09:45

Onlar da barışdı - Video
Müğənni Roza Zərgərli ilə Afət Fərmanqızı barışıb.
Axin.az xəbər verir ki, barışıq addımını Afət atıb. "Bizimləsən" verilişinin virtual qonağı olan Fərmanqızı studiyadakıları salamlayıb. O, daha sonra proqramda yer alan bir qadının övladını atmasına münasibət bildirib.

Afət verilişdə qonaq olan R.Zərgərlini xanıma misal çəkərək bunları deyib:

"Müğənnimiz Roza xanımı görürəm. O, qadın Rozadan nümunə götürsün. Öz və övladlığa götürdüyü balalarına baxır. Nə gözəl anadır".

Zərgərli də onun barışıq addımına müsbət reaksiya verib.

Qeyd edək ki, ifaçılar arasında qalmaqala Afətin Xalq artisti Flora Kərimovanın ünvanına sərt sözlər yazması olmuşdu. Zərgərli F.Kərimovanın tərəfini tutaraq, Afəti tənqid etmişdi.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA