axin.az

SON DƏQİQƏ

“Nevrozam, əsəbiyəm, çılğınam”

4-11-2019, 11:34

“Nevrozam, əsəbiyəm, çılğınam”

“Kimsə nəyəsə çalışır, amma olmur. Əlinin haqqında danışırsansa, deməli, Əli var. Adam var ki, ağıl qoyur, amma öz ağlı yoxdur. Özü də bu sənətdədir”.

Axin.az xəbər verir ki, bu sözləri Aşıq Əli “ATV maqazin onlarla” verilişinə müsahibəsində deyib.

O, son zamanlar əsəbiləşməsindən, qalmaqallardan danışıb:

“Məni kimsə əsəbiləşdirməsin. Mənimlə heç kimin işi olmasın, mənim də kiminləsə işim yoxdur. İnsanlar var ki, onlar ruhi xəstədir. O insanlara Allahdan şəfa diləyirəm. Bu sənətdə dost yoxdur. Nevrozam, başınıza dönüm, əsəbiyəm, çılğınam. Tez reaksiya verirəm. Ola bilər ki, üç dəqiqə ərzində aləmi bir-birinə vuraram, sonra da deyərəm ki, oldu da, əsəbiləşdim. Fikirlərə baş qoşsam, o düşüncənin adamı olaram. Əqidəm, kişiliyim, mənliyim var. Bu mənliyi heç nəyə dəyişmərəm. Heç bir söhbətə əhəmiyyət vermirəm. Hər kəs öz işi ilə məşğul olsa yaxşıdır. Aşıq Əlini tanımayanlara demək istəyirəm ki, 2000-ci ildən bəri Azərbaycanı ölkəmizdən kənarda təmsil edəndir”.

Qeyd edək ki, son zamanlar ifaçı ilə Əməkdar artist Elnarə Abdullayeva qalmaqal yaşayıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
DÜNYA