axin.az

SON DƏQİQƏ

Şou-biznesin məşhur “HƏCİ”ləri — Görün KİMLƏR VAR

7-05-2020, 13:48

Şou-biznesin məşhur “HƏCİ”ləri — Görün KİMLƏR VARSon zamanlar sponsor dedikdə şou biznesdəki sənətçi qadınların məşuqələri - "həci"ləri yada düşür. Hətta iş o yerə çatıb ki, həmin "dini titul sahibləri"ni din adına ləkə hesab edənlər də var və zənnimcə, belə düşünənlər haqlıdırlar. Ancaq o da sirr deyil ki, indiki şou biznesdə "həci"si olmaq gündəmdə olmağın sinonimidir. Bu yolla ən azı bir neçə gün, hətta bəzən bir neçə ay gündəmdə qalmaq mümkündür. Amma elə şou biznesin özündə də yetərincə dini titul daşıyan şəxslər var.
“Ölkə.Az” şou biznesin dini titul daşıyanlarıyla, ümumiləşdirilmiş formada desək, "həci"ləri ilə bağlı kiçik araşdırmanı təqdim edir. Bəri başdan qeyd edək ki, təqdim edəcəyimiz siyahıda bəzi adlar sizə sürpriz ola bilər

Müğənni Nadir Bayramlı təxminən 10 ildir ibadət edir, həcc ziyarətində olub. Hər halda sənətçinin sanballı davranışı, qalmaqallardan uzaq olması daşıdığı ada xələl gətirmir.

İzzət Bağırov da həcc ziyarəti edən məşhurlardandır. O, bir neçə dəfə Məkkə və Kərbəla şəhərlərinə səfər edib.

Rəqqasə Fatimə Fətəliyeva isə məşədi xanımdır. O, İranda Məşəd ziyarətgahında olub.

Əməkdar artist Zöhrə Abdullayeva da həcc ziyarətində olan məşhurlardandır.

Meyxanaçılar Elşən Xəzər, Aqşin Fateh, Mehman Əhmədli və Ağamirzə də həcc ziyarətində olaraq hacı tituluna yiyələniblər. Hətta Aqşin Fateh təxminən on il toylarda meyxana deməyi, içki məclislərində olmağı haram hesab etdiyi üçün (əslində dində də bel buyrulur-red.) efirdən və məclislərdən uzaqlaşmışdı.

Xalq artisti Məleykə Əsədova, teleaparıcı Nanə Ağamalıyeva və xanəndə Humay Qədimova İranın Məşhəd ziyarətgahına səfər edərək, məşədi adını qazanıblar.

Müğənni Gülay Zeynallı da digər qadın həmkarları kimi məşədi xanımdır.

”Bu şəhərdə”nin aktyorları Coşqun və Rafael də həcc ziyarətində olan məşhurlardandır.

Əməkdar artistlər qarmon ifaçısı Gövhər Rzayeva və müğənni Bəsti Sevdiyeva da həcc ziyarətində olub.

Müğənni-bəstəkar Nazim, müğənni Emil Bədəlov da digər həmkarları kimi həcc ziyarətində olaraq hacı tituluna yiyələniblər. Bundan başqa onlar İraqın Kərbəla şəhərini də ziyarət ediblər.

Aparıcı Nuran Hüseynov müqəddəs Kəbəni ziyarət edənlərdəndir.

Kinorejissor Şeyx Əbdül Mahmudbəyov, Xalq artisti Arif Babayev, Xalq artisti Səkinə İsmayılova da Həcc ziyarətində olublar.

Bəstəkar Vüqar Camalzadə və Xalq artisti Azər Zeynalov da müqəddəs Kəbədə olublar.

Xalq artisti Bilal Əliyev Həcc ziyarətində olub. O, bundan əvvəl də bir neçə dəfə müqəddəs yerləri ziyarət edib.

Əməkdar artistlər Nüşabə Ələsgərli və Mətanət İsgəndərli də Həci xanımdır.

Nüşabə Ələsgərli Məkkə ziyarətində VİDEO » AMİA.az


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA