axin.az

SON DƏQİQƏ

"Xəzər televiziyası və onun rəhbərliyinə hörmətimiz sonsuzdur" - QALMAQAL

7-05-2020, 13:30

"Xəzər televiziyası və onun rəhbərliyinə hörmətimiz sonsuzdur" - QALMAQALÖtən gün Xəzər TV-də yayımlanan "5də5" verilişində maraqlı anlar yaşanıb.

Axin.az xəbər verir ki, verilişin anonslarında müğənni Xatun Əliyevanın adı çəkilsə də, müğənni canlı verilişə qatılmayıb.

Verilişin aparıcısı Zaur Kamal verilişboyu qonaqlarından birinin Xatunun olduğunu və son anda onun efirə çıxmaqdan imtina etdiyini deyib.

Məsələ ilə bağlı müğənni ilə əlaqə saxladıq. Müğənninin prodüseri Pənah Eldar məsələyə belə aydınlıq gətirib:
"Hansı zamandır ki, ilin, günün bu vaxtında insan insanı aldadar? Biz efiri 1 həftə, uzağı 5 gün öncədən danışıb razılıq veririk. Biz öncədən maraqlanırıq ki, başqa qonaqlar kim olacaq. Bu mənim bir prodüser kimi borcumdur. Onlar bizə qonaq kimi başqa ad dedilər, anonsda isə tam fərqli insanlar gördük. Biz də bunu özümüzə hörmətsizlik, qərəz hesab edib, verlişdən imtina etdik. Bu gün illərlə əziyyətlə qazandığımız reytinqi kiminsə şəxsi marağına qurban verə bilmərik. Bu səbəbdən verilişə qatılmadıq. Xəzər televiziyası və onun rəhbərliyinə gəldikdə isə hörmətimiz sonsuzdur".


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA