Türkiyəli müğənni Demet Akalın “Survivor Ponorama” proqramının aparıcısı Hakan Hatipoğlunun İnstaqramdakı səhifəsi ilə birgə canlı yayım edib.
Axin.az xəbər verir ki, koronavirus təhlükəsindən danışan sənətçi pandemiyanın bitmə tarixini öyrənmək üçün müxtəlif yollara əl atdığını söyləyib:
“Ay sonuna qədər hər şey yaxşı olacaq. Soruşmadığım astroloq qalmayıb. Bakıdakı astroloqlardan belə soruşmuşam. Hamısı 15 mayda müsbət bir şeyin olacağını dedilər. 20 il bundan əvvəlki falçı tanışıma belə zəng etmişəm”.