axin.az

SON DƏQİQƏ

"Şou-biznesdə muğam bilməyən köstəbəklər var" - Elzadan sərt sözlər

30-04-2020, 15:21

"Şou-biznesdə muğam bilməyən köstəbəklər var" - Elzadan sərt sözlər
"Deyirlər, şou-biznesdə səmimiyyət yoxdur. Elə o sözü deyənlər bu aləmə səmimiyyətsizlik gətirdilər. Durub, camaat dərs keçirlər. Bir də koronavirus yayılandan kişilərin öpüşməsini tənqid edirlər. Bəzi müğənniləri cüt-cüt qucaqlarına alıb, öpürdülər. İndi onlar deyirlər ki, şou-biznesdə kişilər bir-birini öpürdü".
Axin.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Söhbət var" verilişində deyib. Başına antena formasında aksessuar taxıb proqrama çələn müğənni özünü tərifləyir:

"Quyuya su tökməklə quyu dolmur. Bəzilərinə not öyrətmişəm. İndi bəzisinə notdan dərs keçsəm, allergiya olarlar. Onlar başlarına antena taxmalıdırlar ki, içlərindəki virusu təmizləsinlər. Koronavirus deyir ki, mən sağaldım, siz də sağalın çıxım gedim.

Şou-biznesin bəzi naxələf adamları, yeyib-itirənləri, "net-da" bilməyib, efirdə rus dilində danışanları çoxdur. Günlərlə dişlərini yumayanlar brenddən danışırlar. Muğam bilməyənlər, köstəbəklər çoxdur".


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA