"Biz də yardım edirik, amma reklamı sevmirik. Efir bunu göstərir, etməlidir. Bizdə isə yox... Gücümüz çatan qədər kömək etdik".
Axin.az xəbər verir ki, bu sözləri Xalq artisti Gülyaz Məmmədova "Bizimləsən" verilişində deyib. Müğənni etdiyi yardımı nümayiş edənləri qınayıb. O bildirib ki, özləri köməyi reklam etməyi xoşlamırlar:
"Gülyanaq da, mən də maaşla, toyla yaşayırıq. Şirkətimiz yoxdur. Qazandığımızdan imkan çatan qədər bəzi ailələrə verdik. Camaat bizə obyekt, şirkət tikir. Amma biz sənətlə yaşayırıq, dolanırıq".