Türkiyəli müğənni Seda Sayan yeni biznesə başlayıb.
Axin.az xəbər verir ki, sənətçi Türkiyənin Muğla şəhərində 600 min lirəyə (təxminən 148 min manat) villa və dəniz kənarında yerləşən restoran alıb.
Restoranın təmiri zamanı bacısı Nursel Yıldız və yeznesi ilə otellərin birində qalan S.Sayan həmin məkanı da almaq üçün danışıqlara başlayıb.
Restorana və otelə isə sənətçinin bacısının rəhbərlik edəcəyi deyilir.