“Qurd” ləqəbi ilə tanınan reper Fərid Eminov nişanlanısı Leyla Məmmədova ilə yeni fotosunu paylaşıb.
Axin.az xəbər verir ki, ifaçı onayazdığı sözlərlə diqqət çəkib. “Sevgi təbiətin ikinci günəşidir. Xoşbəxtəm ki, iki günəşim var” deyə, yazıb.
Qeyd edək ki, sənətçinin nişanlısı musiqiçidir. O, dünyaca məşhur şahmatçı Şəhriyar Məmmədyarovun baldızıdır.
Onu da bildirək ki, “Qurd” bir dəfə ailəli olub. Onun bu evlilikdən 2 oğlu var.