axin.az

SON DƏQİQƏ

"Qızını öpüb qucaqladım" - Barışdılar?

25-03-2020, 15:58

"Qızını öpüb qucaqladım" - Barışdılar?

Xalq artisti Faiq Ağayev illərdir küsülü olduğu həmkarı Zülfiyyə Xanbabayeva ilə bağlı gözlənilməz açıqlama verib.
Axin.az xəbər verir ki, bu haqda müğənni "Söhbətsiz" verilişində danışıb. O bildirib ki, bir müddət əvvəl eyni layihədə yer alıblar:

"Mahnıya, ona qoyulan ürəyə qiymət verirəm. Bir vaxtlar İlhamə Quliyeva ilə küsülü idim, amma onun "Unut məni" mahnısına yüksək səslə qulaq asırdım. Sənət başqadır. Kimləsə ünsiyyətdə deyiləmsə, sənətini inkar etmərək. Məndə belə axmaqlıq yoxdur. Onların oxuduqlarına qiymət verirəm.

Bu yaxınlarda Emin Ağalarov Azərbaycan Cümhuriyyətinin 101 illiyinə aid gözəl layihə etdi. Çəkiliş zamanı və sonrakı ziyafətdə yanbayan idik. Yaxında Zülfiyyə və qızı oturmuşdu. Getdim qızını öpdüm, qucaqladım. Əzəli düşmən deyilik. Həmin yerdə dörd müğənni ilə danışmırdım. Çoxları mənə qayıtdı ki, nə əcəb? Nə edim? Gedim bıçağı götürüm "yortum?". Cəmiyyət arasında özümü aparmağı bacarıram. Kiməsə irada varsa, özünədir, niyə cəmiyyət arasında yaşayım?

Aramızda "Salam" yoxdur. Amma biz bir səhnəyə çıxırıq. Eyni qrim otağında otururuq. Zülfiyyənin valideynlərindən birin dünyasını dəyişmişdi, başsağlığı verdim. Bu kini qiyamətə aparacaq deyiləm. Niyə üzərimdə kin daşıyım? Cavan adamam, həyatımı yaşayım da"


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
DÜNYA