Əməkdar artist Mətanət İsgəndərliyə elçi gəlib.
Axin.az xəbər verir ki, bu haqda müğənninin atası Məmmədəli bəy "Şou ATV" verilişində deyib. O bildirib ki, hadisə sonuncu dəfə sözügedən verilişdə qonaq olanda baş verib:
"Proqramdan sonra küçədə bir kişi mənə yaxınlaşdı. Deyir, evinizi tanımıram, sizə elçi gəlmək istəyirəm. Deyirəm, kimi istəyirsən? Qayıtdı ki, Mətanəti. Deyirəm, dəlisən, belə elçilik olur? Deyir, belə olduğuma baxma, Naxçıvanda villam var. Mətanət olmasa, Sədaqəti (kiçik qızı - red.) ver".
M.İsgəndərli "Evə gələndə bizə danışdı. O qədər güldük ki" sözlərini əlavə edib.
[media=]