“Atam universitetdə 25 il dərs deyib. Deyirdi ki, hər şey savadın üstündədir. Savadsız insan cəmiyyətin önündə olmamalıdır. Tamaşaçı qarşısında seçmə insanlar olmalıdır ki, gələcək nəsillər onlara baxaraq böyüsün”.
Axin.az Axin.az-a istinadən xəbər verir ki, bu sözləri açıqlamasında Xalq artisti Brilliant Dadaşova televiziyaların son vəziyyəti barədə söyləyib.
Sənətçi savadsız kadrların çox olduğunu desə də, ad çəkməkdən boyun qaçırıb:
“Düşmənlərimi niyə çoxaldırsınız, sonra başlayır şər-böhtan deməyə. Böhtanlardan yorulmuşam”.
B.Dadaşova sosial şəbəkədə təhqirə məruz qaldığını bildirib:
“Heç bir sənətçiyə mənim qədər böhtan atılmayıb. Başqa dövlətlərdə əsl sənətkarı bizdə olduğu qədər təhqir etməyiblər. Niyə bizimkilər deyirəm? Çünki Azərbaycan dilində yazırlar”.