"Bu şəhərdə" komandası ənənələrinə sadiq qalaraq bu il də 8 Mart Beynəlxalq Qadınlar bayramında konsert verəcək.
Axin.az xəbər verir ki, komandanın senaristi Müşfiq Abbasov maraqlı səhnələr hazırladıqlarını, yeniliklər olacağını vurğulayıb:
"Konsertin adı "CanaVar"dır. Kimin üçün canavar, kimin üçün "cana" var mənasını nəzərdə tutmuşuq. Sosial, ailə-məişət mövzuları olacaq. Ənənəyə sadiq qalara toy səhnəciyimiz də var. Yeni parodiyalar üstündə çalışmışıq. Bunlardan Roza Zərgərli, Nazilə Səfərli, Elza Seyidcahan, Könül Kərimova, Cabbar Musayev, Teymur Mustafayev və böyük sənətkarımız Nəzakət Məmmədova hədəfimizdədir. Ailə səhnələri ilə yanaşı, məmurla bağlı maraqlı bir səhnəciyimiz də var".
Qeyd edək ki, "Bu şəhərdə"nin aktyorları Əməkdar artist Rafael İsgəndərov və Coşqun Rəhimovdur. Konsert Heydər Əliyev Sarayında martın 4, 5, 6, 7, 8-də keçiriləcək.