Müğənni Ceyhun Əliyevlə Xatirə İslam arasında inciklik yaşanıb.
Axin.az xəbər verir ki, sənətçi "ATV maqazin onlarla" verilişində Xatirəyə zəng edib. O isə telefona cavab verərək, səsini dəyişərək, özü yox, bacısı olduğunu iddia edib. Bu isə Ceyhunun xətrinə dəyib.
Xatirə məsələyə aydınlıq gətirərək, zəngə cavab verənin bacısı olduğunu iddia edib:
"Ceyhun sənət yoldaşımdır, səsini tanısam danışaram. Sənət yoldaşlarım gözümün işığıdır. Bacımın səsi mənim səsimə oxşayır. Ola bilər onla danışıb. Gərək Ceyhun bacımla danışardı. Mənim iki nömrəm var: biri şəxsidir, digəri iş. Əlimdə şəxsi nömrəm var, onu da Ceyhun bilə bilməz".
Çəkiliş zamanı Xatirənin iş nömrəsinə zəng gəlir və o, özü cavab verir.