Müğənni Xatun Əliyeva həmkarı Rüfət Axundovun ona verdiyi borcdan danışıb.
Axin.az xəbər verir ki, “Hər şey daxil” verilişinə qonaq olan sənətçi duet ortağının ona 10 min dollar verdiyini açıqlayıb:
“Salonumu açan ərəfədə pula ehtiyacım var idi. Rüfətə zəng vurdum, 10 min dollar istədim. Dedi ki, gəl götür. Üç-dörd gündən sonra da pulu qaytardım.
Amma Vasif Məhərrəmlidən pul istədim vermədi. Maşınımın kreditini ödəyəcəkdim, pulum yox idi. Vadifə dedim, qayıtdı ki, tövbə etmişəm, borc vermirəm. Amma getdi kreditimi ödədi. Dedim, heç olmasa arada toya çağır, gəlim oxuyum, pul almayım”.