Müğənni Soner Sarıkabadayı uzun müddətdir eşq yaşadığı model sevgilisi Madelein Lopezlə evlənmək qərarı alıb.
Axin.az xəbər verir ki, ifaçı Sevgililər günündə Lopezə evlənmək təklifi edib.
Soner ona üzük alaraq, sürpriz hazırlayıb. Madelein həmin anları sosial şəbəkədə paylaşıb. O, sevgilisinin evlənmə təklifinə "hə" cavabı verib.