axin.az

SON DƏQİQƏ

"Oğlumdan sonra daha ailəcanlı olmuşam"

14-02-2020, 19:33

"Oğlumdan sonra daha ailəcanlı olmuşam"Əməkdar artist Abbas Bağırov oğlu Muraddan söz açıb.

Bu barədə Axin.az-a danışan ifaçı fərqli hisslər yaşadığını dilə gətirib:

“Oğlumun dünyaya gəlişi məni çox dəyişib. Görürəm ki, subay Abbasla ata olan Abbas arasında çox fərq var. İndi daha məsuliyyətliyəm. Hiss edirəm ki, artıq hər şeyə daha ciddi yanaşıram. Daha ailəyə yaxın və ailəcanlı olmuşam”.

Qeyd edək ki, A.Bağırov 2017-ci ilin noyabrında ailə qurub. Onun övladı isə 2018-ci ilin sentyabrında dünyaya gəlib. Ötən il müğənni oğluna keçirdiyi böyük ad günü ilə gündəmə gəlmişdi. Bağırovun ilk nikahdan bir qız övladı da var.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Şubat 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
242526272829 
DÜNYA