“Bu il 14 keçdi 15 ilə... Nə yaxşı ki, varsan. Dənizin nəğməsində oxuduğum sözlər sənindir”.
Axin.az xəbər verir ki, bu sözləri müğənni Elton Hüseynəliyev həyat yoldaşı Tamilla Hüseynəliyeva ilə fotosunu paylaşaraq yazıb.
O, evliliklərinin 15-ci ilində T.Hüseynəliyevaya bu sözləri ithaf edib:
“Axı sən olmasan neylərəm? Xəyalımı, ümidimi neylərəm? Sən yanımda olmasam, bu həyatı, ömrü neylərəm? 100 yaşa! Sağlam ol, inşallah bizə balalarımızın xoş günlərini görmək qismət olsun!”.
Qeyd edək ki, cütlüyün iki qız övladı var.