axin.az

SON DƏQİQƏ

"Gülay bilir ki, evdə bahalı və zövqlü paltarlarım çoxdur"

13-02-2020, 14:53

"Gülay bilir ki, evdə bahalı və zövqlü paltarlarım çoxdur"Müğənni Şəbnəm Tovuzlu həmkarı Gülay Zeynallının onun geyimləri ilə bağlı dediyi irada münasibət bildirib.
Axin.az-a açıqlama verən Şəbnəm bildirib ki, həmkarının sözlərindən inciməyib. Müğənni evində lazımi qədər bahalı və zövqlü paltarlarının olduğunu vurğulayıb:

"Ərincək biriyəm. Gülay bilir ki, evimdə otağımın biri qarderobdur. Orada ən gözəl geyimlər var. Amma tez-bazar geyinib evdən qaçan biriyəm. Hövsələm yoxdur oturum paltar seçim, nəyisə düzüb-qoşum. Bahalı, zövqlə aldığım paltarlarım çoxdur, geyinirəm də.

Gülay deyir ki, sənin pulun məndən çoxdur, gəl sənə yaxşı geyimlər alaq. Gülay mənim üçün bacı kimidir. Mən də hərdən Gülaya irad bildirirəm".

Qeyd edək ki, Gülay "ATV maqazin onlarla" verilişində Şəbnəmin ünvanına "Şəbnəmi çox istəyirəm, münasibətimiz yaxşıdır. Biri var imkanı olmasın... Qurban olum, imkanın da var, dəyiş. Tələbatlı müğənnidir, gözəldir. Çox istəyərdim ki, Şəbnəm bir damcı geyimlərini dəyişsin. Ona yaraşar" sözlərini deyib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA